Türkiyə ABŞ-ın Sudan ilə əlaqəli qərarını yüksək qiymətləndirib

Türkiyə, Amerika Birləşmiş Ştatlarının (ABŞ), Sudanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılmasını yüksək qiymətləndirib.

1547723
Türkiyə ABŞ-ın Sudan ilə əlaqəli qərarını yüksək qiymətləndirib

Xarici İşlər Nazirliyi bu barədə münasibət bildirib: “ABŞ-nın Sudanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılmasına dair qərarı doğru istiqamətdə atılmış addımdır. Türkiyə əvvəldən bəri mahiyyət etibarilə birtərəfli sanksiyalara qarşıdır. Türkiyə Sudandakı keçid dövrü və bu çərçivədə həyata keçirilən ıslahatlara dəstək verməkdə, Sudan xalqının yanında olmaqda davam edəcək”-deyə XİN-in açıqlamasında deyilib.



Әlaqәli Xәbәrlәr