Uğur Şahin və Özləm Türəci “ilin adamı” seçildilər

Koronavirus peyvəndini tapan “BioNTech”in qurucuları- türkiyəli alimlər Professor Uğur Şahin və Özlem Türeci “ilin adamı” seçiliblər.

1546565
Uğur Şahin və Özləm Türəci “ilin adamı” seçildilər

Böyük Britaniyanın “Financial Times” (FT) qəzeti iki Türk alimi ilin adamı seçib.

Qeyd edək ki, peyvəndi ABŞ əczaçılıq şirkəti “Pfizer” və türkiyəli alim, professor Uğur Şahinin təsisçi ortağı olduğu Alman biotexnologiya şirkəti “BioNTech” hazırlayıblar.

Koronavirusa qarşı 95% effektivlik göstərən “Pfizer/BioNTech” peyvəndinin istifadəsi rəsmi olaraq Böyük Britaniya və ABŞ kimi nəhəng dövlətlərdə təsdiqlənib.

 



Әlaqәli Xәbәrlәr