İlham Əliyev: "Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməzdir"

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaların qəbuledilməz hesab etdiyini bildirdiyini deyib.

1545536
İlham Əliyev: "Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməzdir"

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab etdiyini bildirib.

"NATO-ya üzv bəzi ölkələr tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edildiyi halda, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ədalətsizlikdir. Dövlətimizin başçısı bu halı ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirir" deyə H. Hacıyev vurğulayıb.

Hikmət Hacıyev deyib: “Prezident İlham Əliyev əminliyini bildirib ki, bu sanksiyalar Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə yaratmayacaq. Türkiyənin bu məsələnin müvafiq işçi qrupu çərçivəsində obyektiv və siyasi baxımdan qərəzsiz şəkildə müzakirə edilməsi barədə təkliflərinə adekvat cavab verilməyib.

Azərbaycan Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyir və ölkələrimiz daim bir-birinin yanındadır.

Dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı Azərbaycan və Türkiyənin birliyinin növbəti nümunəsidir”.

Qeyd edək ki, ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbiylə Türkiyəyə bəzi sanksiya qərarları tətbiq etmə barədə qərara gəlib.



Әlaqәli Xәbәrlәr