İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

1539120

Sərəncama əsasən, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

Azәrbaycan Müdafiә Nazirliyi Azәrbaycan Ordusunun işğal altındakı әrazilәri azad etmәk üçün hәyata keçirdiyi әmәliyyat zamanı 2 min 783 әsgәrin şәhid olduğunu açıqlayıb.

Prezident İlham Əliyev hәmçinin Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı әmәliyyat nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәnd işğaldan azad edildikdәn sonra Ermәnistan mәğlub olduğunu etiraf edәrәk işğal altındakı Ağdam, Kәlbәcәr vә Laçını boşaltmağı nәzәrdә tutan razılaşmanı imzalamışdı.
Xatırladaq ki, Ermәnistan ordusu noyabrın 20-dә Ağdamdan, noyabrın 25-dә  Kәlbәcәrdәn, dekabrın 1-dә isә Laçından çıxmışdı.

Әlaqәli Xәbәrlәr