Azәrbaycan Müdafiә Nazirliyi bәyanat yayıb

Azәrbaycan Ordusunun torpaqlarını işğaldan azad etmәk üçün hәyata keçirdiyi әmәliyyat zamanı 2 min 783 әsgәr şәhid olub.

1539017
Azәrbaycan Müdafiә Nazirliyi bәyanat yayıb

Azәrbaycan Ordusunun torpaqlarını işğaldan azad etmәk üçün hәyata keçirdiyi әmәliyyat zamanı 2 min 783 әsgәr şәhid olub.

Bu barәdә Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda deyilir: ‘‘Vәtәn müharibәsi zamanı 2 min 783 әsgәr şәhid olub, 1245 әsgәr dә yaralanıb. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır’’.

Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı әmәliyyat nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәnd işğaldan azad edildikdәn sonra Ermәnistan mәğlub olduğunu etiraf edәrәk işğal altındakı Ağdam, Kәlbәcәr vә Laçını boşaltmağı nәzәrdә tutan razılaşmanı imzalamışdı.
Xatırladaq ki, Ermәnistan ordusu noyabrın 20-dә Ağdamdan, noyabrın 25-dә  Kәlbәcәrdәn, dekabrın 1-dә isә Laçından çıxmışdı.



Әlaqәli Xәbәrlәr