Azərbaycanın Ermənistan işğalından azad etdiyi bölgələrin minalardan təmizlənməsi işləri davam edir

Tərtər rayonunun Suqovuşan kəndinə gedən avtomobil yolunun yenidən qurulması üçün ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam edir.

1536335

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov jurnalistlərə müsahibəsində bildirib ki, təmizləmə işləri 3 istiqamətdə - əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə aparılır.

İsmayılov bu günədək 169 mina və partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirildiyini, 10 kilometrlik yolun 8 kilometri artıq təmizləndiyini, növbəti 3-4 gün ərzində isə yolun qalan hissəsinin təmizlənərək təhvil veriləcəyini söyləyib.

Ümumiyyətlə, sentyabrın 27-dən Agentlik tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500-ə yaxın piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb. Hazırda təmizlənməmiş ərazilərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İ.İsmayılov bildirib ki, yaşayış məntəqələrinin təmizlənməsi 3-5, ərazilərin tamamilə təmizlənməsi isə 10 il müddətində nəzərdə tutulur. Qeyd edilən 10 il müddət dedikdə mina problemindən tamamilə azad olmaq, ucqar dağlıq ərazilərin, əkin, otlaq sahələrinin təmizlənməsi nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə həyata keçiriləcək.

Әlaqәli Xәbәrlәr