"Ermənistanın təxribatçılığı qarşısında beynəlxalq ictimaiyyət səssiz qalmamalıdır", G. Əfəndiyeva

Günay Əfəndiyeva işğaldan azad edilmiş Füzuli şəhərinə səfər etdiyini və orada qarşılaşdığı vəziyyətdən dəhşətə gəldiyini bildirib.

1535150
"Ermənistanın təxribatçılığı qarşısında beynəlxalq ictimaiyyət səssiz qalmamalıdır", G. Əfəndiyeva
3fuzuli yikim.jpg
aliyev fuzuli-cebrail.jpg
Fuzuli.jpg

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva işğal altında saxladığı Azərbaycan şəhərlərini dağıdan və məhv edən Ermənistana reaksiya verərək, beynəlxalq ictimaiyyəti səssiz qalmamağa çağırıb.
Günay Əfəndiyeva işğaldan azad edilmiş Füzuli şəhərinə səfər etdiyini və orada qarşılaşdığı vəziyyətdən dəhşətə gəldiyini bildirib.
Füzulidəki bütün binaların dağıldığını və bir dənə də dağılmamış bina qalmadığını deyən Əfəndiyeva, "Biz dəhşətli mənzərə ilə qarşılaşdıq. Burada tarixi abidələr, məscidlər, türbələr, karvansaralar, imarətlər məhv edilib. Bu qanlı cinayətləri törədənlər öz cəzalarını almalı, məsuliyyətə cəlb olunmalıdırlar" deyib. 
Qeyd edək ki, Ermənistan tərəfindən 27 il işğal altında tutulan Füzuli şəhəri 17 oktyabrda azad edilib.



Әlaqәli Xәbәrlәr