Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

1533706
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
Kelbecer.2.jpg

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Azərbaycan bölmələrinin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Sosial medai və Rusiyanın xəbər saytlarında yayılan görüntülərdə Kəlbəcəri boşaldan ermənilərin tək hərbi obyektləri deyil, yaşadıqları evləri yandırdıqları, ağacları kəsdikləri və hətta yaxın qohumlarının məzarlarını qazaraq sümüklərini də özləri ilə apardıqları görülür.

Bu gün səhər saatlarından Azərbaycan Ordusunun texnikaları Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcər rayonuna hərəkət edəcək.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan bölmələrinin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir: “Bilirsiniz ki, Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündür ərazidir və hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan Ordusu daxil olaraq Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək”.



Әlaqәli Xәbәrlәr