İraq Türkmən Cəbhəsinin rəhbəri Ərşad Salihi  Azərbaycanı təbrik edib

İraq Türkmən Cəbhəsinin (İTC) rəhbəri Ərşad Salihi  Azərbaycanın Qarabağdakı qələbəsi və bundan sonra Ermənistanla imzaladığı müqavilə münasibətilə təbrik mesajı yayıb.

1532581

Salihi mesajında qəhrəman Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağ bölgəsinin azadlığı üçün başlatdığı  əks-hücum əməliyyatının tarixi uğurla davam etdiyinə şahid olduqlarını bildirib.
Salihi mesajında "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan səmərəli siyasi və diplomatik danışıqların nəticəsi olaraq həm meydanda, həm də Ermənistanın təslim olması ilə masada qələbə əldə edilməsi və beynəlxalq hüquqa zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi tarixi bir qələbədir" ifadəsini işlədib.
9 Noyabr 2020-ci ildə imzalanan Dağlıq Qarabağ atəşkəs razılaşmasının bölgəyə və bütün Qafqaza sülh və əmin-amanlıq gətirməsini diləyən Salihi illərdir didərgin düşən Azərbaycan soydaşlarının öz torpaqlarına qayıtmasını arzuladığını da dilə gətirib. 

Әlaqәli Xәbәrlәr