Emmanuel Makron İlham Əliyev və Nikol Paşinyan ilə telefonla danışıb

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.

1531256

Yelisey Sarayının açıqlamasında Makronun Əliyev və Paşinyanla reallaşdırdığı telefon danışıqlarında Fransanın Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından sonra Fransanın prioritetlərini dilə gətirdiyi ifadə edilib.
Açıqlamada bildirilib ki, münaqişənin sona çatması ilə Dağlıq Qarabağdakı insanları qorumaq və son həftələrdə evlərini tərk etmiş on minlərlə insanı geri qaytarmaq üçün danışıqların yaxşı niyyətlə aparılması lazımdır. Makronun ölkəsinin Dağlıq Qarabağ bölgəsinə humanitar yardım göstərəcəyi və dini və mədəni irsin qorunması üçün tədbir görülməsini tələb etdiyi vurğulanıb. 

Әlaqәli Xәbәrlәr