İlham Әliyev: ‘‘Şuşa şәhәri işğaldan azad edildi’’

Azәrbaycan prezidenti İlham Әliyev 28 ildir işğal altında olan  Şuşa şәhәrinin işğaldan azad edildiyini bildirib.

1523897
İlham Әliyev: ‘‘Şuşa şәhәri işğaldan azad edildi’’

 

Azәrbaycan prezidenti İlham Әliyev 28 ildir işğal altında olan  Şuşa şәhәrinin işğaldan azad edildiyini bildirib.

Bunu Azərbaycan Respublikasının prezidenti İlham Әliyev xalqa etdiyi müraciətindә deyib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar.

Əvvəlcə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub.Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanına gədiblər. Azәrbaycan prezidenti  və birinci xanım Mehriban Әliyeva  Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, məzarları önünə gül dəstələri düzüblәr. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib. İlham Әliyev  Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

İlham Әliyev Azәrbaycan әsgәrlәrinin Şuşa şәhәrini işğaldan azad etdiyini bildirәrәk Azәrbaycan xalqını tәbrik edib. Bu günün Azәrbaycan tarixindә әbәdi qalacağını vurğulayan İlham Әliyev deyib: ‘‘Şuşanın Azәrbaycan tarixindә xüsusi yeri var. Şuşa yalnız Azәrbaycanın deyil, bütün Qafqazın incisidir. 28 il sonra Şuşada azan sәslәri eşidilәcәk. Zәfәr yürüşümüz davam edir.Ermәnistan rәhbәrliyi tәlәblәrimizә cavab vermәsә sonadәk gedәcәyik. Xocalı qurbanlarının qanı yerdә qalmadı, şәhidlәrimizin qisası alındı.Qisasımızı döyüş meydanında aldıq’’.

 



Әlaqәli Xәbәrlәr