Prezident İlham Əliyev Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev bu gün müharibənin davam etdirilməsinin və hər iki tərəfdən itkilərin olmasının Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verdiyini bildirib.

1519641
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Çavuşoğlu Bakü.2.jpg

Prezident İlham Əliyev bu gün müharibənin davam etdirilməsinin və hər iki tərəfdən itkilərin olmasının Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ölkədə səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ordusunun torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatdan danışaraq deyib: "Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib. Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın baş naziri Rusiya Prezidenti cənab Putinə məktub göndərmişdir. Bu məktub, əslində, məğlubiyyətin etirafıdır. Çünki Rusiyadan hərbi dəstək istənilmişdir, halbuki, buna heç bir əsas yoxdur. Azərbaycan öz hərbi əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazisində keçirir, Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirilmir, bizim belə planlarımız da yoxdur. Əgər olsaydı, biz bunu bu ilin iyul ayında edərdik. Bildiyiniz kimi, o vaxt dövlət sərhədində Ermənistan bizə hücum etmişdir və biz dövlət sərhədini keçmədən Ermənistanı öz torpaqlarımızdan çıxartdıq. Ona görə bir tərəfdən, məğlubiyyəti etiraf edir, - bu məktubun göndərilməsi bunu göstərir, - digər tərəfdən, tam təslim olmaq istəmir. Bu gün müharibənin davam etdirilməsi və hər iki tərəfdən itkilərin olması Paşinyanın üzərinə düşən böyük məsuliyyət və çirkin əməllər nəticəsində baş verir. Bütün məsuliyyət Ermənistan tərəfindədir və bu məğlubiyyəti etiraf edib torpaqlarımzdan çıxsa, danışıqlar masası arxasında məsələnin çözülməsi ən məqbul variantdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir və təməl prinsiplərinin böyük hissəsini icra edibdir. Ümid edirəm ki, təməl prinsiplərinin qalan hissəsi də icra ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Mən bu fürsətdən istifadə edərək, eyni zamanda, bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır. Eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir".

Xarici İşlər naziri Mövlud Çavuşoğlu da "Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq" deyib.

Çavuşoğlu İzmirdə baş verən zəlzələdən dərhal sonra Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ona zəng edərək yardıma hazır olduqlarını bildirdiyini, bunun Türkiyə ictimaiyyətində məmnunluqla qarşılandığını qeyd edib. 

Türkiyədə Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşların çox yaxından izlədiyinə diqqət çəkən Çavuşoğlu deyib ki, 

Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var.

Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür. Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik.



Әlaqәli Xәbәrlәr