Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib

Bu barədə Azərbaycan  Müdafiə Nazirliyi bəyanat verib.

1515323
Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.

Bu barədə Azərbaycan  Müdafiə Nazirliyi bəyanat verib. Bəyanatda vurğulanıb ki, Ermənistan qüvvələri Azrərbaycan qoşunlarını atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan ordusu  cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.
Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub.
Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.
Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda cəbhə boyu döyüşlər davam edir. Azərbaycan qoşunları əməliyyat şəraitinə nəzarət edir.



Әlaqәli Xәbәrlәr