Ermənistan ordusunun Kəbirli kəndinə raket atması nəticəsində 16 yaşlı sakin həlak olub

Ermənistan ordusunun Tərtər rayonunun Kəbirli kəndinə raket atması nəticəsində 16 yaşlı sakin həlak olub

1515055
Ermənistan ordusunun Kəbirli kəndinə raket atması nəticəsində 16 yaşlı sakin həlak olub

Ermənistan ordusunun bölmələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Aziərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələri düşmən tərəfindən atəşə tutulur.

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini də artilleriya atəşinə tutur.

Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutduğu bildirilib..



Әlaqәli Xәbәrlәr