Erməni əsir PKK-lı terroçuların Dağlıq Qarabağda döyüşdüyünü etiraf edib

Əsir götürülən erməni hərbçilər sıralarında döyüşən muzdlular barədə danışıb.

1514793
Erməni əsir PKK-lı terroçuların Dağlıq Qarabağda döyüşdüyünü etiraf edib

Azərbaycan ordusunun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatda əsir götürülən Ermənistan əsgəri Albert Mikaelyan terror təşkilatı PKK mənsubu terrorçuların Dağlıq Qarabağda Ermənistan tərəfində döyüşdüyünü etiraf edib. 

Mikaelyan dindirildiyi zaman Ermənistanın Şirak vilayətində anadan olduğunu, ancaq hərbi xidmət üçün Dağlıq Qarabağa göndərildiyini bildirib. 

O deyib ki, mən tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və aralarında PKK terrorçularının da olduğu muzdlulardan ibarət 1 500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev PKK-lı terrorçuların Ermənistanın yanında döyüşdüyünü bildirmişdi. 



Әlaqәli Xәbәrlәr