Ermәnistana Cəbrayıl və Qubadlı istiqamətlərində ağır zәrbәlәr endirilib

Azәrbaycan ordusunun  torpağlarını işğaldan azad etmәk üçün hәyata keçirdiyi әmәliyyatlar davam edir.

1512931
Ermәnistana Cəbrayıl və Qubadlı istiqamətlərində ağır zәrbәlәr endirilib

Azәrbaycan ordusunun  torpağlarını işğaldan azad etmәk üçün hәyata keçirdiyi әmәliyyatlar davam edir.

Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, gecә әrzindә Ağdәrә, Füzuli, Cәbrayıl vә Qubadlı istiqamәtindә әmәliyyatlar davam etdirilib.

Ermәnistan qüvvәlәrinin Azәrbaycan ordusunun müdafiә xәttinә top mәrmisi ilә hücum etdiyi bildirilib.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.

6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Döyüşlərdə 3 ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.






 

 


 



Әlaqәli Xәbәrlәr