Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

Azərbaycan Ordusu torpaqlarını azad etmək üçün əməliyyatlarını davam etdirir.

1512180
Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

Azərbaycan Ordusu torpaqlarını azad etmək üçün əməliyyatlarını davam etdirir. 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Açıqlamada əməliyyatlarda çox sayda Ermənistan əsgərinin zərərsizləşdirildiyi, Azərbaycan qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etdiyi də bildirilib. 



Әlaqәli Xәbәrlәr