Ermənistan Tərtərdə pambıq fabrikini vurub

Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

1511957
Ermənistan Tərtərdə pambıq fabrikini vurub

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtərdə yerləşən pambıq fabrikini atəşə tutub.

Nəticədə fabrikdə güclü yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Hazırda yanğın yanğınsöndürənlər tərəfindən söndürülür.

Ölən və yaralanan olub olmadığı barədə hələ məlumat verilməyib. 

 



Әlaqәli Xәbәrlәr