Azərbaycan Ordusu daha 6 kəndi işğaldan azad edib
Azərbaycan Ordusu daha 6 kəndi Ermənistanın işğalından azad edib.
1509833
Azərbaycan Ordusu daha 6 kəndi Ermənistanın işğalından azad edib.
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin daha 6 kəndinin Ermənistanın işğalından azad edildiyini açıqlayıb.
Dövlət başçısı "Twitter" hesabında yazıb:
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".