Ermənistan jurnalistləri atəşə tutub, xəsarət alan var

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

1508792
Ermənistan jurnalistləri atəşə tutub, xəsarət alan var

Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

Cəbhə bölgəsinə ezam olunmuş müxbir Elnur Tofiq xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil atəşə tutulub. Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.

Mərmi partlaması nəticəsində avtomobilə də ziyan dəydiyini, lakin hücumdan həyat itkisi olmadan xilas olduqlarını ifadə edən müxbir "Allaha şükür ölən olmadı. Hər gün proqramımızda mülki və yaşayış məntəqələrinin hədəf alındığını söyləyirik, amma bu gün xəbərlərimizi hazırlayarkən xəbər olduq" deyib.
Tofiq bir jurnalist olaraq Ermənistanın mülki vətəndaşlara hücumlarını izləməyə davam edəcəklərini söyləyib.
Ermənistan ordusu atəşkəsi pozaraq Tərtər şəhər mərkəzinə qarşı intensiv artilleriya atəşlərini davam etdirir.
Azərbaycan Respublikası Baş Prokurorluğu 27 sentyabr-14 oktyabr tarixlərində Ermənistanın hücumları nəticəsində 43 azərbaycanlı mülkinin öldüyünü, 206 nəfərin yaralandığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr