H. Hacıyev: “Bu, Ermənistanın dünya ictimaiyyətinə qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir"

Hikmət Hacıyev Gəncənin raket atəşinə tutulmasının Ermənistanın dünya ictimaiyyətinə qarşı hörmətsizliyi kimi qiymətləndirilməsinin vacibliyini bildirib.

1506784
H. Hacıyev: “Bu, Ermənistanın dünya ictimaiyyətinə qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir"
azerbaycan.jpg
azerbaycan.jpg
Gence-2.jpg

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində çoxmənzilli yaşayış binasının dağıldığı ərazidə olublar.

Azərbaycan KİV-lərinin məlumatına görə, Prezidentin köməkçisi Hikmət Hacıyev yerli və xarici KİV-lərin nümayəndələrinin suallarını cavablandırarkən düşmənin humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq təkcə Gəncəni deyil, Mingəçevir və digər yaşayış məntəqələrimizi də ağır artilleriya və raket atəşinə tutduğunu bildirərək deyib: “Bu, Ermənistanın dünya ictimaiyyətinə, o cümlədən Rusiya Federasiyasına qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir. Rusiya Federasiyasının bilavasitə vasitəçiliyi ilə humanitar əsaslarla atəşkəsə dair fikirlər ortaya qoyulduğu halda Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu vandallıq və soyqırımı aktı həyata keçirildi. Beynəlxalq ictimaiyyət bu hadisələrə lazımi qiymət verməlidir”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.



Әlaqәli Xәbәrlәr