Azərbaycan Müdafiə Nazirliyi: Gecə ərzində cəbhədə döyüşlər davam edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan qoşunlar ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb.

1504364
Azərbaycan Müdafiə Nazirliyi: Gecə ərzində cəbhədə döyüşlər davam edib

Oktyabrın 7-nə keçən gecə bütün cəbhəboyu döyüşlər davam edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan qoşunlar ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb.

Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci dağ atıcı alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var.

Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.



Әlaqәli Xәbәrlәr