Azərbaycan Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb.

1504634
Azərbaycan Ermənistan ordusunun məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb

Azərbaycan Ordusu Ermənistanın 250-dək tank və zirehli texnikasını, 270-dək artilleriya və yaylım atəşli raket sistemiri, 8 silah-sursat anbarını məhv edib.

Qeyd edək ki, bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrindən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 27-dən oktyabrın 7-də saat 05.30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 250-dək tank və digər zirehli texnika;

- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

- 60-dək hava hücumundan müdafiə vasitəsi;

- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

- 8 silah-sursat anbarı;

- 150-dək avtomobil texnikası;

- 1 ədəd “S-300” zenit-raket kompleksi.



Әlaqәli Xәbәrlәr