Bişkekdə etiraz aksiyaları zamanı xəsarət alanların sayının artdığı bildirilib

Qırğızıstanda oktyabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edilən aksiyalarda 1 nəfər ölüb, 590 nəfər yaralanıb.

1503611
Bişkekdə etiraz aksiyaları zamanı xəsarət alanların sayının artdığı bildirilib

Qırğızıstanda oktyabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edilən aksiyalarda 1 nəfər ölüb, 590 nəfər yaralanıb.
Nümayişçilər dünən axşam Prezident Sarayı və içindəki Parlament binasını işğal ediblər.
Mərkəzi Seçki Komissiyası tərəfindən 7 faiz sərəddini keçmədiyi bildirilən 12 partiya tərəfdarı seçki nəticələrinin ləğv edilməsi tələbilə  paytaxt Bişkekdəki Ala-Too Meydanında etiraz aksiyası keçirib.
Sayı 5 mindən çox olduğu bildirilən nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və səs bombasından istifadə edib.
Şəhərin mərkəzində seçkilərin nəticəsi ilə razılaşmayan nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar dörd saatdan çoxdur davam edir. Şəhərdə partlayışlar və atəş səsləri eşidilib. Polis etirazçıları dağıtmaq üçün su şırnaqları, rezin güllələr və işıqsaçan qumbaralardan istifadə edib. Etirazçılar isə polis əməkdaşlarına daş atıblar. Bir polis maşınının yandırıldığı, altı təcili tibbi yardım maşınına ziyan dəydiyi bildirilir.
Digər tərəfdən, Prezident Sarayının yuxarı mərtəbələrində səhər saatlarında bilinməyən bir səbəbdən yanğın baş verib.Yanğın xilasetmə qruplarının müdaxiləsi ilə nəzarət altına alınarkən, binada soyutma işləri davam edir. 
Bu arada, Qırğızıstan Prezidenti Sooronbay Ceenbekov, Prezident və parlament binasını işğal edən nümayişçilərin arxasındakı qüvvələrə müraciət edərək, "Vəziyyətin pisləşməməsi üçün bütün mümkün tədbirləri görmüşük. Dövlətdə və cəmiyyətdə sabitlik parlament mandatından üstündür" deyib. 
Ölkədəki vəziyyətinin onun nəzarətində olduğunu iddia edən Ceenbekov bütün siyasi qüvvələri ölkənin maraqlarını öz maraqlarından üstün tutmağa və qanuna tabe olmağa çağırıb.
Ceenbekov hadisələrin arxasında duran siyasi partiyalardan tərəfdarlarını sakitləşdirməyi, onları olduqları yerdən uzaqlaşdırmağı və tərəfdarlarından təxribatdan uzaq olmağı tələb edib.



Әlaqәli Xәbәrlәr