Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb

Azərbaycan tərəfindən adekvat cavab tədbirlərinin görüləcəyi bildirilib.

1501466
Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, Ermənistan tərəfinə yaşayış məntəqələrinin atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.
Mülki əhali arasında ölən və yaralananlar var.
Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.
Bildiririk ki, Azərbaycan tərəfindən adekvat cavab tədbirləri görüləcək.



Әlaqәli Xәbәrlәr