Şimali Kıbrıs Türk Cümhuriyyətindən daşınan "Covid-19" xəstələri Türkiyədə müalicə alırlar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətindən yeni növ koronavirus (Covid-19) xəstələrinin Türkiyəyə daşınması davam edir.

1489210

Türkiyədən Ercan Hava limanına gedən Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsi 4 "Covid-19" xəstəsini götürərək Türkiyəyə qayıdıb.
9 sentyabrda Şimali Kıbrıs Türk Cümhuriyyətinə gedən təcili yardım təyyarəsi daha 4  xəstəni Türkiyəyə gətirib.
Şimali Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ersin Tatar 9 sentyabrda Türkiyənin ölkəsindəki "Covid-19" xəstələrinin Türkiyədəki səhiyyə mərkəzlərinə danışacağını açıqlayıb.

Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay da 27 avqustda Türkiyənin Şimali Kıbrıs Türk Cümhuriyyəti səhiyyə sistemi üzərində hər hansı yük yaranmasına icazə verməyəcəyini və Şimali Kıbrıs Türk Cümhuriyyətində "Covid-19" xəstə sayı artacağı təqdirdə xəstələrin təcili yardım təyyərələrilə Türkiyədəki xəstəxanalara daşınmalarına imkan yaradılacağını bildirib.

Әlaqәli Xәbәrlәr