"Türkiyə işğalçı Ermənistana qarşı Azərbaycanın yanındadır"

Azərbaycanda səfərdə olan Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin işğalçı Ermənistana qarşı Azərbaycanın yanında olduğunu bildirib.

1472368
"Türkiyə işğalçı Ermənistana qarşı Azərbaycanın yanındadır"

"Türkiyə Ermənistana qarşı Azərbaycanın yanındadır. İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət, həyəcan duymaqdayıq”.

Bunu Azərbaycanda səfərdə olan Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Azərbaycan-Türkiyə birgə hərbi təlimləri uğurla icra olunub. Bu və bundan sonra icra ediləcək təlimlər ayrıca iki qardaş ölkənin təhdid və təhlükələrə qarşı ortaq münasibətimizi bütün dünyaya gösterməkdədir.

“Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil” deyə Akar vurğulayıb.

“Bizim tariximiz, dilimiz, ürfanımız, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasında münasibətlər həqiqi qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vaz keçilməzdir. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaqdır. Bundan heç kimin şübhəsi olmasın. Geosiyasi problemlərin, terrorun, qanunsuz miqrasiyanın və təhlükəsizlik qayğılarının sürətlə artdığı bir vaxtda Türkiyə və Azərbaycanın əməkdaşlığı son dərəcə əhəmiyyətlidir. Bu səbəblə can qardaşımız Azərbaycanla hər sahədə davam edən sağlam münasibətlərimizi daha da inkişaf etdirmək üçün çalışmalarımız artaraq davam etməkdədir. Türkiyə və Azərbaycan, köklü tarixi, dinamik əhalisi, hər ötən gün böyüyən iqtisadiyyatı və güclü ordusu ilə Qafqazda və bölgəmizdə sülh və sabitliyihn qarantı olmaya davam edəcəkdir. İcra edilən təlimlər də səylərimizin bir göstəricisidir”, - deyə H. Akar

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov da “Türkiyə ilə Azərbaycan eyni millətdir, eyni din, dil və mədəniyyətə sahibdir” deyib.

Təlimlərdə iştirak edən hərbçilərə təşəkkürünü bildirən Zakir Həsənov qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir və bu bizim şansımızdır: “Şansımız budur ki, güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib - Suriyada, İraqda, Liviyada. İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz vəzifəsini yerinə yetirəcək. Millətimizin silahlı qüvvələrinin də zamanı gələndə öz vəzifəsini yerinə yetirəcəyinə əminəm”.

Çıxışın ardından Türkiyə və Azərbaycanın Müdafiə nazirləri Hulusi Akar və Zakir Həsənov təlimlərdə fərqlənənləri təbrik edərək, xatirə hədiyyələri təqdim ediblər.



Әlaqәli Xәbәrlәr