"Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq", M. Çavuşoğlu

İki nazirin təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü baş tutub.

1470945
"Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq", M. Çavuşoğlu

Ankarada səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovla ölkəmizin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təkbətək görüşü keçirilib.

Təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü də baş tutub.

Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşlərdən sonra iki həmkarın birgə mətbuat konfransı təşkil edilib. 

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz növbəsində deyib. 

“Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

Azərbaycanla "bir millət və iki dövlət" anlayışı ilə addım atdıqlarını və bu anlayışla  işləməyə davam edəcəklərini qeyd edən Çavuşoğlu bu çərçivədə iki ölkə arasında ikitərəfli ticarət həcminin 15 milyard dollara çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı investisiyaların artmasına işarə edən Çavuşoğlu Azərbaycanın xüsusilə enerji sahəsində ən böyük layihələri həyata keçirdiyini söyləyib.

Çavuşoğlu Türkiyənin Azərbaycandan ixrac edəcəyi təbii qazın həcmini gələcəkdə daha da artıracağını bildirib.

Çavuşoğlu deyib: “Biz daha iki layihənin həyata keçirilməsinə üstünlük veririk. Bunlardan biri, Qars-Naxçıvan dəmir yolu xəttidir. İkinci isə Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılmasıdır. Bu da strateji layihədir. Digər tərəfdən, mədəniyyət, təhsil sahələrində, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsini də müzakirə edildi".

Çavuşoğlu Şərqi Aralıq dənizindəki son vəziyyətə də toxunaraq Şərqi Aralıq dənizində həm Türkiyənin, həm də Kıbrıs Türklərinin haqlarını axıradək müdafiə edəcəklərini  və güzəştə getməyəcəklərini deyib.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da öz növbəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bununla bağlı Azərbaycanın mövqeyi qətiyyətlidir və dəyişməzdir.

Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir.

Bayramov Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdiyini, ticarət həcminin artdığını da sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr