"Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açaraq mülki şəxsləri qətlə yetirdi"

Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev "Anadolu" xəbər agentliyinə verdiyi müsahibə verib.

1461677
"Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açaraq mülki şəxsləri qətlə yetirdi"

"Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açaraq mülki şəxsləri qətlə yetirdi".
Bunu Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev "Anadolu" xəbər agentliyinə verdiyi müsahibədə deyib.

Sərhəddə yerləşən Tovuz rayonunda Azərbaycanın strateji yüksəkliklərini ələ keçirmək istəyən erməni qüvvələrinin susdurulduğunu xatırladan Əliyev hücumların səbəbinin bölgənin təhlükəsizliyini təhdid etmək olduğunu bildirib. 
Azərbaycanın bölgənin lider ölkəsi olduğunu və Ermənistanın bütün layihələrdən kənarda qaldığını vurğulayan Əliyev "Rəsmi İrəvanın  iqtisadi, hərbi və diplomatik uğursuzluqları Ermənistan dövlətinin tənəzzülünü qaçılmaz hala gətirir. Lakin onlar bunu həzm edə bilmirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Təbii qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu Tovuz ərazisindən keçir. Layihələri təhdid etmək məqsədi güdürdülər, amma bütün cəhdləri uğursuz oldu" deyib.
Ermənistan ordusunun Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutduğunu bildirən Əliyev sərhədə yaxın kəndlərdə çox sayda evin vurulması nəticəsində dağıdıldığını qeyd edib.
"Ermənistanın qırmızı xətləri yoxdur. Onlar mülki şəxslərə və xəstəxanalara hücum edirlər. Cenevrə Konvensiyasına görə, müharibədə belə mülki şəxslərin öldürülməsi və səhiyyə müəssisələrinə hücum qadağandır. Ermənistan bütün bu qaydalara məhəl qoymur" iifadələrini işlədib. 
Son münaqişələrdən sonra Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı (GUAM) kimi beynəlxalq təşkilatların Azərbaycanın haqlılığı üçün tam dəstək verdiklərini  bildirən Əliyev, Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından belə dəstək almadığını söyləyib.
Əliyev ən böyük dəstəyin başda prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqından vurğulayaraq, Türkiyəyə təşəkkürünü bildirib.



Әlaqәli Xәbәrlәr