Milli Müdafiə Nazirliyi Kıbrıs Sülh Hərəkatının 46-cı ildönümü ilə əlaqədar video yayımlayıb

Milli Müdafiə Nazirliyi tərəfindən Kıbrıs (Kipr) Sülh Hərəkatının 46-cı ildönümü ilə əlaqədar video yayımlanıb.

1458434
Milli Müdafiə Nazirliyi Kıbrıs Sülh Hərəkatının 46-cı ildönümü ilə əlaqədar video yayımlayıb

Milli Müdafiə Nazirliyi tərəfindən Kıbrıs (Kipr) Sülh Hərəkatının 46-cı ildönümü ilə əlaqədar yayımlanan videoda Türk əsgərinin Adadakı Kıbrıs Türklərinin azadlığının, müstəqilliyinin və dincliyinin təminatçısı olduğu bildirilib. Nazirliyin sosial media hesablarından edilən paylaşmada “46 il əvvəl Kıbrıs Türkü olan qardaşlarımızın zülmünə son qoymaq, Adaya sülh gətirmək üçün reallaşdırılan Kıbrıs Sülh Hərəkatının ildönümündə, qəhrəman şəhidlərimizi və qazilərimizi rəhmət və minnətdarlıq hissi ilə yad edir, yaşayan qazilərimizə sağlam uzun ömür arzu edirik” mesajı yer alıb.

Bu mesajla paylaşılan videoda Kıbrısın Anadolunun bir hissəsi olduğu, eyni taleyi yaşamağa 1571-ci ildən başladığı xatırlanır.

Rumların Kıbrıs Türklərinin mallarını müsadirə etdikləri, qadın, kişi, uşaq, qoca, cavan demədən işgəncə ilə öldürdükləri görüntülərin yer aldığı videoda, “400 illik Vətən parçasında yaşayan soydaşlarımızın səmimi çağırışına biganə qalmayan Türkiyə Cümhuriyyəti, “Gözledim, amma gəlmədin” deyən rumlara “Bir gecə qəflətən gələ bilərəm” sözləri ilə cavab verərək hazırlıqlarını başa vurub” ifadələri yer alıb.

Türk musiqisi bəstəkarı Rüştü Şardağın “Bir gecə qəflətən gələ bilərəm” adlı bəstəsinin müşayiət etdiyi görüntülərdə, 1974-cü ilin 20 iyul səhəri təşkil edilən əməliyyatla, Türk əsgərinin bütün Kıbrısa sülh, rifah və Türk millətinin gücünü çatdırdığı və Kıbrıs Türklərinin azadlığının, müstəqilliyinin və dincliyinin təminatı olduğu vurğulanıb.

Baş Qərargah Rəisliyi tərəfindən paylaşılan videoda, Kıbrıs Sülh Hərəkatının ildönümündə qəhrəman şəhidlər və qazilər rəhmət və minnətdarlıqla yad edilib.



Әlaqәli Xәbәrlәr