Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 iyun)

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxub.

1445649
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (29 iyun)

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. 7 393nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə son gün ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb.

Məlumata görə, ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 475 525-dir



Әlaqәli Xәbәrlәr