Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb

Azərbaycanda koronavirusdan sağalanların sayı 1221 olub.

1406985
Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb

Azərbaycanda 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

TRT-nin Bakı təmsilçiliyinin verdiyi məlumata görə, hazırkı dövrədək Azərbaycanda 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan test sayı 132 minə çatıb.



Әlaqәli Xәbәrlәr