"Türkiyə hər zaman olduğu kimi yenə yanımızda yer aldı", E.Tatar

Baş nazir Ersin Tatar yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində Türkiyənin hər zaman olduğu kimi ölkəsinin yanında olduğunu söyləyib.

1398602
"Türkiyə hər zaman olduğu kimi yenə yanımızda yer aldı", E.Tatar

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində Türkiyənin hər zaman olduğu kimi ölkəsinin yanında olduğunu söyləyib.
Şimali Kıbrıs Türk Cümhuriyyətində martın 10-da bir alman turistdə "Covid-19" virusunun aşkarlanması ilə sərt tədbirlər gördüklərini qeyd edən Tatar bu mövzuda bir çox ölkədən daha sürətli hərəkət etdiklərini bildirib.
Tatar "Ölkədə "Covid-19" epidemiyası hazırkı mərhələdə stabil yol izləyir. Gündə 2-3 yoluxma faktı qeydə alınır və onlarla da əlaqə saxlanılır. Səhiyyə sistemimizdə və xəstəxanalarımızda gördüyümüz tədbirlərlə prosesə ən yaxşı şəkildə nəzarət edilir" deyib. 
Xəstəxanalarda müalicə alan və sayı 60-a çatan xəstələrin sayının 33-ə endiyini vurğulayan Tatar xəstələrin evə buraxılmağa başladığını söyləyib.
Baş nazir Tatar cəmi 100 yoluxma faktının olduğu ölkədə virus səbəbindən iki alman turistin və iki ölkə vətəndaşının dünyasını dəyişdiyini xatırladaraq, kədərini dilə gətirib. 
Ölkədə virusa yoluxma faktının aşkarlanmasından sonra təxminən 800 alman turist in karantinə alındığını bildirən Tatar "Covid-19" testi pozitiv olan 30 alman turistin müalicəsindən sonra ölkələrinə qayıtdıqlarını vurğulayıb.
Ersin Tatar "Ana Vətən Türkiyə hər zaman olduğu kimi yenə yanımızda olmuşdur. "Covid-19"un başladığı gün həm səhiyyə naziri Fəxrəddin Koca, həm də Prezidentin müavini Fuad Oktay ilə görüş keçirdim. Onlardan dəstək istədim. Türkiyədən heyətlər gəldi. Material təmini və səhiyyə baxımından aparılan qiymətləndirmələrlə bağlı danışıqlarımız davam edir. Türkiyə bu ciddi problemin öhdəsindən gəlmək üçün cəhd göstərərkən Şimali Kıbrıs Türk Cümhuriyyətinə yardımını da hər zaman olduğu kimi davam etdirmişdir. Bütün duamız Türk xalqı üçündür. " deyib.
Baş nazir Tatar dəstək verdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğan və hökumətinə təşəkkürü edib.



Әlaqәli Xәbәrlәr