Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub, 62 nəfər sağalıb, 1 nəfər vəfat edib.

1398020
Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub

TRT-nin Bakı Təmsilçiliyinin verdiyi məlumata görə, Azərbaycanda son 24 saat ərzində 49 yeni koronavirus (Covid-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Azərbaycanda indiyədək 1197nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Virusa yoluxan xəstələrdən 351 nəfər müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan test sayı 70 minə çatıb. 



Әlaqәli Xәbәrlәr