Azərbaycanda Sahibə Qafarova Milli Məclisin sədri seçilib

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyi  9 fevraldan sonra Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin spikerinin seçilməsi məsələsi müzakirə edilib.

1375567
Azərbaycanda Sahibə Qafarova Milli Məclisin sədri seçilib

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirildiyi  9 fevraldan sonra Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin spikerinin seçilməsi məsələsi müzakirə edilib.

Prezident İlham Əliyevin də iştirak etdiyi iclasda Yeni Azərbaycan Partiyası tərəfindən millət vəkili Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə olub və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Qeyd edək ki, Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.



Әlaqәli Xәbәrlәr