Türkiyədən qalxan pilotsuz uçuş aparatı Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə çatıb

İlk dəfə reallaşan uçuşda “Bayraktar TB2” tipli PUA Türkiyənin Muğla vilayətinin Dalaman qəsəbəsindəki Dəniz Hava Baza Komandanlığından yerli vaxtla saat 05:00-da qalxıb. (YENİLƏNİB)

1323875
Türkiyədən qalxan pilotsuz uçuş aparatı Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə çatıb
Bayraktar TB2 tipi İHA1.jpg

Türkiyədən qalxan pilotsuz uçuş aparatı (PUA) Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə çatdı.

İlk dəfə reallaşan uçuşda “Bayraktar TB2” tipli PUA Türkiyənin Muğla vilayətinin Dalaman qəsəbəsindəki Dəniz Hava Baza Komandanlığından yerli vaxtla saat 05:00-da qalxıb.

PUA təqribən 5 saat davam edən uçuşdan sonra Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti Geçitkale hava limanına enib.

“Bayraktar TB2” tipli PUA ilk vəzifə uçuşunu da icra etməyə başlayıb. 

Şərqi Aralıq dənizindəki ilk vəzifə uçuşunun təqribən 10 saat davam edəcəyi nəzərdə tutulub. 

Qeyd edək ki, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti dekabrın 13-də Geçitkale hava limanından PUA-larla aparılacaq fəaliyyətlər üçün istifadə edilməsini qərara almışdı.

Hökumət Türkiyənin tələbilə Geçitkale hava limanının Kıbrıs Türk Sülh Qüvvələri Komandanlığının istifadəsinə verilməsini təsdiqləmişdi.

 

 



Әlaqәli Xәbәrlәr