Qazaxıstan Senatı Türkiyə ilə imzalanan əməkdaşlığa dair razılaşmanı təsdiqlədi

Qazaxıstanda parlamentin yuxarı palatası Senat Türkiyə ilə imzalanan əməkdaşlığa dair razılaşmanı təsdiqlədi.

1318025
Qazaxıstan Senatı Türkiyə ilə imzalanan əməkdaşlığa dair razılaşmanı təsdiqlədi

Qazaxıstanda parlamentin yuxarı palatası Senat Türkiyə ilə imzalanan əməkdaşlığa dair razılaşmanı təsdiqlədi.

Senatda Müdafiə Nazirliyi səlahiyyətlilərinin iştirakı ilə keçirilən iclasda Qazaxıstan ilə Türkiyə arasındakı əməkdaşlığa dair razılaşma müzakirə olundu. Səsvermədən sonra müqavilə təsdiqlənməsi üçün Prezident Aparatına göndərildi.

Müdafiə nazirinin müavini Teymur Dandıbayev iclasda etdiyi çıxışda razılaşmanın keçən il sentyabr ayında Ankarada imzalandığını, məqsədin iki ölkə arasında bərabərlik və qarşılıqlı mənfəət əsaslarına görə uzun müddətli hərbi əməkdaşlığı daha da inkişaf etdirmək olduğunu söylədi.

Qeyd edək ki, razılaşma Qazaxıstan ilə Türkiyə arasında hərbi əməkdaşlığı, hərbi hazırlıq və təlim, birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi, sülhməqsədli əməliyyatlar, hərbi, elmi və texniki araşdırmaların aparılması və digər mövzularda əməkdaşlığı nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr