Türkiyə bayrağını və Dənkdaşın şəklini oğurlayan rum Savvas Koulendorunun atası üzr istədi

Koulendronun atası Akıncıya ünvanladığı məktubunda dərin kədər duyduğunu vurğulayaraq, Kıbrıslı Türklərdən üzr istədiyini bildirdi.

1270681
Türkiyə bayrağını və Dənkdaşın şəklini oğurlayan rum Savvas Koulendorunun atası üzr istədi

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində (ŞKTC) Qazi Mağusaya bağlı Akdoğan kəndindəki Dr. Fazıl Küçük ibtidai məktəbindən Türkiyə bayrağı və Cümhuriyyətin qurucusu Rauf Raif Dənkdaşın şəklini oğurlayan 16 yaşındakı rum Savvas Koulendorunun atası prezident Mustafa Akıncıya məktub yazaraq üzr istədi.

Prezident Aparatından verilən açıqlamaya görə, Koulendronun atası Akıncıya ünvanladığı məktubunda dərin kədər duyduğunu vurğulayaraq, Kıbrıslı Türklərdən üzr istədiyini bildirdi.

Məktubunda “Sərt dillə qınadığımız 16 yaşındakı oğlumuzun düşüncəsiz rəftarlarının nəticələrindən duyduğumuz kədəri və  peşmanlığımızı ifadə edirik” deyildi.

Prezident Akıncıya üzr məktubu ilə birlikdə Türkiyə bayrağı ilə Dənkdaşın şəklini də göndərən ata “Əmin olun ki, oğlum bu səhv rəftarını başa düşdü, peşman oldu və belə bir şey bir daha əsla olmayacaqdır” deyərək kədərini bölüşdü.

Məktubda “Sizin vasitənizlə həm özüm, həm oğlum, həm də bütün ailəmiz bu rəftarlara görə kədər, qəzəb və məyusluq hissi keçirən hər kəsdən qəlbən üzr istəyirik” deyə bildirən ailə Akıncıdan üzrlərinin Kıbrıs Türk xalqına çatdırılmasını xahiş etdi.

Üzr məktubu, Türkiyə bayrağı və Dənkdaşın şəkli rum gəncin ailə yaxınları tərəfindən dünən prezident Mustafa Akıncıya təqdim edildi.

Prezident iqamətgahına gelən ailə yaxınlarına hadisənin Akdoğan kəndindəki dini mərasim zamanı baş verməsi səbəbindən Din İşləri üzrə idarənin sədri Talip Atalay və Kıbrıs Sülh Prosesində Dini Yol Ofisinin koordinatoru Salpy Eskidjian müşayiət etdilər.

ŞKTC-nin icazəsi ilə 8 sentyabrda Akdoğan kəndində yerləşən Panagia kilsəsində Rumlar tərəfindən keçirilən dini mərasimə qatılan Savvas Koulendoru adlı Rum provokator  kilsənin yaxınlığındakı Dr. Fazıl Küçük ibtidai məktəbindəki Türkiyə Cümhuriyyəti bayrağını və məktəbin koridorundakı şüşə dolabın içindəki qurucu prezident Dənkdaşın şəklini oğurlamışdı.

ŞKTC Baş Nazirlik və Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada hadisənin günahkarının Koulendoru olduğunun müəyyən edildiyi və barəsində tutulma qərarı verildiyi bildirilmişdi.

Açıqlamada ayrıca, Koulendorunun təhvil verilməsi də tələb edilmişdi.



Әlaqәli Xәbәrlәr