Azərbaycan diplomatik orqanlarının 100 illiyi münasibətilə Ankarada konfrans keçirildi

Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə Türkiyədəki səfirlikdə konfrans keçirildi.

1268058
Azərbaycan diplomatik orqanlarının 100 illiyi münasibətilə Ankarada konfrans keçirildi

Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə Türkiyədəki səfirlikdə konfrans keçirildi.

Konfransda Ankarada akkreditə olunmuş diplomatik korpusun, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, Azərbaycanın və Türkiyənin tanınmış alimləri, dövlət və siyasi xadimləri iştirak ediblər.

Konfransı açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim 100 il əvvəl təsis olunan Azərbaycanın diplomatik orqanlarının ötən dövrdəki fəaliyyəti və müasir inkişaf istiqamətləri, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr, həmçinin konfransın məqsəd və mahiyyəti barədə məlumat verdi.

Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın məruzəsi dinlənildi.

XİN rəsmisi Azərbaycanın dövlətçilik tarixi və ənənələri, milli-mənəvi dəyərləri, ölkənin coğrafi mövqeyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bu dövrdə xarici siyasət sahəsində atılmış addımlar, ilk demokratik cümhuriyyətin süqutunun səbəbləri, həmçinin 1991-ci ildə müstəqilliyin bərpası, müxtəlif sahələrdə Azərbaycanda aparılan əsaslı islahatlar və sosial-iqtisadi inkişafın ölkə modeli, iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq nəqliyyat və enerji layihələri və sair məqamlar barədə geniş məlumat verdi, Azərbaycanın xarici siyasətinin əsasları, qonşu dövlətlərlə münasibətlər, ikitərəfli və çoxtərəfli əlaqələrin əhəmiyyətinə toxundu.

Leyla Abdullayeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə işarə edərəj. münaqişənin həlli üzrə aparılan sülh danışıqları prosesinin təcavüzkar Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermədiyini diqqətə çatdırdı.

Leyla Abdullayeva iştirakçıları maraqlandıran sualları cavablandırdıqdan sonra Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Azərbaycan diplomatik orqanlarının 100 illiyi münasibətilə Ankarada konfrans keçirildi



Әlaqәli Xәbәrlәr