Azərbaycanın Müdafiə Nazirliyi Hərbi pilotun nəşi və təyyarənin qalıqlarının tapıldığını açıqladı

“MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

1255357
Azərbaycanın Müdafiə Nazirliyi Hərbi pilotun nəşi və təyyarənin qalıqlarının tapıldığını açıqladı

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirildiyi bildirilib. 



Әlaqәli Xәbәrlәr