Milli müdafiə naziri Hulusi Akar və ordu komandanları Şimali Kıbrıs Türk Cümhuriyyətində səfərdədir

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin həm özünün, həm də Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) qanuni haqq və mənfəətlərini qorumağa davam edəcəyini söyləyib.

1250177
Milli müdafiə naziri Hulusi Akar və ordu komandanları Şimali Kıbrıs Türk Cümhuriyyətində səfərdədir
akar kktc1.jpg
akar kktc2.jpg

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin həm özünün, həm də Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) qanuni haqq və mənfəətlərini qorumağa davam edəcəyini söyləyib.

Nazir Akar müşayiətində Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunlar komandanı general Ümit Dündar, Dəniz Donanması komandanı admiral Adnan Özbal və Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz ilə Erenköy Müqaviməti mərasimlərinə qatılmaq, müxtəlif görüşlər keçirmək, hərbi qüvvələrdə tədqiqat və nəzarətlər aparmaq məqsədilə ŞKTC-nə səfər edib.

Akar və komandanlar ilk olaraq yenilənən şəhid zabit Cingiz Topel abidəsinin açılış mərasimində iştirak etmək üçün Gəmikonağı bölgəsinə keçiblər.

Bölgəyə gədərkən vətəndaşların sevgi nümayişlərilə qarşılanan Akar və komandanlarla yanaşı mərasimə ŞKTC prezidenti Mustafa Akıncı, ŞKTC İkinci prezidenti Mehmet Əli Tələt, baş nazir Ersin Tatar, baş nazirin müavini və xarici işlər naziri Kudret Özersay, ŞKTC Məclisinin sədri Təbərrükən  Uluçay, nazirlər, partiya nümayəndələri ilə Topelin yaxınları qatılıb.  

Hulusi Akar mərasimdə etdiyi çıxışda Türkiyənin həm özünün, həm də ŞKTC-nin qanuni haqq və mənfəətlərini hər zaman qoruduğunu və qorumaqda da davam edəcəyini söyləyib.

Akar “Gücümüzün, qüvvəmizin sınaqa çəkilməməsini, bunun nəticəsinin ağır olacağını hər fürsətdə uyğun dillə söylədik və söyləməyə davam edəcəyik. Onların atdığı addımlarla Türkiyə və ŞKTC-nin haqlarının qəsb edilməsinə əsla göz yumulmayacaq. Bu əzm və qətiyyətli mövqeyimizin yaxşı başa düşülməsi lazımdır” ifadələrini işlədib.

Abidə barəsində verilən məlumatdan sonra ordu başı pilot baş-leytenant İbrahim Kutay günün mənasını ehtiva edən çıxış etdi, şerlər oxunub.

Hava Qüvvələri Komandanlığına məxsus F-16-ların keçdiyi mərasim abidənin açılışı ilə davam edib.



Әlaqәli Xәbәrlәr