"Ermənistan bu torpaqlardan narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə edir", N.Məmmədov

Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı keçirilir.

1183565
"Ermənistan bu torpaqlardan narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə edir", N.Məmmədov

Dünya ictimaiyyəti hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından narahatlıq hissi keçirir. Azərbaycan da belə bir problemlə üzləşib. 25 ildən çoxdur ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

N.Məmmədov bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərindən narkotik vasitələrin istehsalı və tranzit üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır:

“Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafikə və digər cinayət hallarına şərait yaradır".

Baş nazir qeyd edib ki, bu halların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi-maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırımlarının qarşısı alınmalıdır: "Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq qara siyahılar tərtib olunub. Bununla bağlı Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır”.

Baş nazirin müavini Əli  Həsənov da Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi haqqında danışarkən qeyd edib: "Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib. Bunları satıb silahlar alırlar. Bu da göstərir ki,dünya miqyasında kifayət qədər mübarizə aparılmır. dini, dili, irqi nə olarsa olsun hər kəs bununla mübarizə aparmalıdır ".



Әlaqәli Xәbәrlәr