Bakıda Novruz bayramı böyük təntənə ilə qeyd edilir

Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramı bu il də ölkənin paytaxtı Bakı şəhərində xüsusi təntənə ilə qeyd edilir.

1168037
Bakıda Novruz bayramı böyük təntənə ilə qeyd edilir

Azərbaycan xalqının ən əziz bayramlarından olan Novruz bayramı bu il də ölkənin paytaxtı Bakı şəhərində xüsusi təntənə ilə qeyd edilir.

Əvvəlki illərdən fərqli olaraq bayram günlərində paytaxt sakinləri və şəhərin çoxsaylı qonaqlarının istirahət və əylənməsi üçün əlavə tədbirlər görülüb. Paytaxtın əsas istirahət və gəzinti məkanları olan Fəvvarələr və Sevirəm parkları, Sahil bağı, Dənizkənarı Milli Park, İçərişəhərlə yanaşı, bütün rayonlardakı əsas bağlar xüsusi olaraq bəzədilib, burada bir neçə gün davam edən bayram şənlikləri təşkil olunub. Bu parklarda böyük konsert proqramları, müxtəlif bölgələrdən gəlmiş sənətkarların əl işlərindən ibarət sərgi-satış yarmarkaları təşkil olunub. Sakinlərin və şəhərin qonaqlarına zəngin Azərbaycan mətbəxi nümunələri təqdim olunub. Parklar boyunca düzülmüş manqallarda bişirilən müxtəlif kabablar iştirakçılar tərəfindən xüsusi qeyd olunub.

Novruz bayramı başa çatana kimi hər gün axşam saatlarında Fəvvarələr bağı, İçərişəhərlə yanaşı, Bakının müxtəlif rayonlarındaki parklarda da konsert proqramları təşkil ediləcək. Bayram günləri Nərimanov, Qaradağ, Yasamal, Səbail, Nizami, Nəsimi, Xətai, Binəqədi rayonlarında keçirilən bayram tədbirləri daha möhtəşəm və maraqla qarşılanır.



Әlaqәli Xәbәrlәr