Jan-İv Le Drian İordaniyada Suriya və Fələstin məsələsini müzakirə etdi

Fransanın Xarici İşlər naziri  Jan-İv Le Drian “Əsrin müqaviləsi”nin hələ masaya gəlmədiyini bildirərək deyib ki, biz iki dövlətli həllin qəbul edilməsi üçün cəhd göstəririk.

1124911
Jan-İv Le Drian İordaniyada Suriya və Fələstin məsələsini müzakirə etdi

Fransanın Xarici İşlər naziri  Jan-İv Le Drian (Jean-Yves Le Drian) İordaniyaya reallaşdırdığı səfəri çərçivəsində Əmmanda həmkarı Eymen əs Safedi ilə təşkil etdiyi birgə mətbuat konfransında “Əsrin müqaviləsi”nin hələ masaya gəlmədiyini bildirərək deyib ki, biz iki dövlətli həllin qəbul edilməsi üçün cəhd göstəririk.

Fələstindəki mövcud vəziyyətin sülhməramlı həll yolunu təhlükə ilə üzləşdirdiyini deyən Le Drian İordaniyanın bu məsələdə mərkəzi rol götürdüyünü vurğulayıb.

İordaniya ilə keçirilən görüşlərin iki ölkə arasındakı güclü əlaqələrin bir əks-sədası olduğuna işarə edən Le Drian görüşdə ilk planda Suriya məsələsini müzakirə etdiklərini söyləyib.

“İlkin plandaki məqsədimiz DEAŞ-ı məhv etmək və Orta Şərqin tamamilə sabitliyə qovuşmasıdır. Buna görə Suriya böhranına həll yolu tapmaq üçün səylərimizi davam etdirəcəyik. DEAŞ-a qarşı mübarizə hələ başa çatmadı, təşkilatın məhv edildiyini düşünənlər yanılır” deyə Fransanın Xarici İşlər naziri vurğulayıb.

Suriyada Bəşər Əsədin hakimiyyətdə qalması ilə əlaqəli suala isə Le Drian belə cavab verib: “Bu, etibarlı və şəffaf seçkilərlə mümkün ola bilər. Əsədin namizəd olması qarşısında gələcəkləri üçün qərar verəcək olanlar suriyalılardır. Bu da ancaq seçki və konstitusiyanın nizamlanması ilə mümkün ola bilər. Bütün suriyalıların nümayəndələrini seçmək üçün səs vermələri vacibdir.

İordaniyanın Xarici İşlər naziri Safedi isə fransız həmkarı ilə keçirdiyi görüşdə ikitərəfli əlaqələr, Fələstin məsələsi və Suriya böhranını müzakirə etdiklərini bildirib.

Ölkəsinin 1,3 milyon suriyalı qaçqına ev sahibliyi etdiyini bildirən Safedi suriyalıların mümkün olan ən yaxın zamanda ölkələrinə qayıtmalarına imkan yaratdıqlarını dilə gətirib.



Әlaqәli Xәbәrlәr