"Diasporumuz əhəmiyyətli səviyyəyə çatacaqdır", N. Ərsoy

Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ-Türk Şurası) diaspor məsələlərində məsul dövlət qurumlarının rəhbərlərinin üçüncü iclası keçirilir.

1084326
"Diasporumuz əhəmiyyətli səviyyəyə çatacaqdır", N. Ərsoy

Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ-Türk Şurası) diaspor məsələlərində məsul dövlət qurumlarının rəhbərlərinin üçüncü iclası keçirilir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreev iclasın gündəliyində olan məsələlər barədə ümumi məlumat verib. Baş katib diqqətə çatdırıb ki, təşkilata üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və vahid strategiyanın qəbul olunması tərəflərin maraqlarını təmin edir.

Tədbirdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm naziri Nuri Ərsoy "Türk Şurası üzvü Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin cəmi 15 milyona yaxın diaspor mənsubu var. Ən yaxın zamanda bu önəmli təşkilatlanmanın üzvü kimi görmək istədiyimiz Özbəkistan və Türkmənistan daxil olduğunda ölkələrimizin dünya miqyasındakı diaspor mövcudluğu gözdən yayındırılmayacaq bir səviyyəyə çatacaqdır" deyə vurğulayıb. 

Nazir toplantı çərçivəsində  diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri arasında ikitərəfli görüşlər də keçirilib. 

İclasda “Türk Şurasının Türkdilli Diaspora ortaq Fəaliyyət Strategiyası”na dəyişikliklərin təsdiq edilməsi haqqında Qərarın imzalanıb.

Qeyd edək ki, iclasda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Qazaxıstanı  Sosial İnkişaf naziri Darhan Kaltayev, Qırğızistanı Köç Xidməti Qurumunun sədri Bolotbek İbraimzhanov, TÜRKSOY-u Baş katib Düsen Kaseinov ilə Türk Şurasını baş katibi Bağdad Amreev təmsil ediblər.  

 Kırgızistan Göç Hizmeti Kurumu Başkanı Bolotbek İbraimzhanov, TÜRKSOY Genel Sekreteri Düsen Kaseinov ile Türk Konseyi Genel Sekreteri Bağdat Amreyev de katıldı.



Әlaqәli Xәbәrlәr