Türkiyə və ABŞ Münbiçdə birgə patrul fəaliyyəti həyata keçirməyə başladı

Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ ordusu Münbiçdə yol xəritəsi çərçivəsində ilk birgə patrul fəaliyyətini həyata keçirməyə başlayıb.

1079868

Tərəflər birgə patrul fəaliyyəti ərəfəsində keçdikləri təlimləri oktyabrın 25-də tamamladı.

Türkiyə və ABŞ əsgərləri fəaliyyəti Münbiç cəbhə xətti ilə “Fərat Qalxanı” əməliyyatı bölgəsindəki Cerablus qəsəbəsini bir-birindən ayıran Sacu çayı bölgəsində həyata keçirir.

Qeyd edək ki, Türkiyə və ABŞ 4 iyunda terror təşkilatı YPG/PKK-nın Suriyanın şimalında Fərat çayının qərbində işğal etdiyi Münbiçdən çıxması üçün razılıq əldə etmişdi.

Yol xəritəsi 4 iyundan sonrakı ilk üç ay ərzində birgə patrul fəaliyyətlərinin tamamlanıb, qəsəbə mərkəzindəkilər daxil olmaqla YPG/PKK terrorçularının bölgədən tamamilə çıxarılmasını, sonra isə qəsəbə mərkəzindəki hərbi və mülki məclislərin bərpasını nəzərdə tutur.

ABŞ tərəfi yol xəritəsinin hələ başlanış mərhələsində texniki bəhanələr irəli sürərək uzun müddət ləngiməsinə səbəb olmuşdu.

TSQ ünsürləri 18 iyundan bəridir 68 dəfə koordinasiyalı/müstəqil patrul fəaliyyəti həyata keçirdi.

Әlaqәli Xәbәrlәr