İranın Pompeoya cavabı

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi ABŞ-ın Dövlət katibi Mayk Pompeonun ölkəsilə əlaqəli açıqlamalarının “nadan və aldadıcı” olduğunu söyləyib.

1078505
İranın Pompeoya cavabı

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi ABŞ-ın Dövlət katibi Mayk Pompeonun ölkəsilə əlaqəli açıqlamalarının “nadan və aldadıcı” olduğunu söyləyib.

Qasımi nazirliyin internet saytında yayımlanan açıqlamasında ABŞ-ın İrana qarşı psixoloji müharibə aparmaq istədiyini irəli sürüb.

Pompeonun İranın iqtisadiyyatı ilə əlaqəli sözlərinin “aldadıcı, nadan və ləyaqətsiz” olduğunu bildirən Qasımi ABŞ-ın bölgədəki İran əleyhinə planlarının yeni olmadığını qeyd edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasımi ölkəsinin iqtisadiyyatının terrorla mübarizə və bir sıra digər faktlara baxmayaraq “8 faiz inkişaf etdiyini” vurğulayaraq bildirib ki, ABŞ rəsmiləri İrana qarşı sanksiyalarda ölkələrin göstərdiyi reaksiyaların üzərini örtmək üçün psixoloji müharibə kampaniyası yürüdür. ABŞ bu strateji səhvləri keçmiş 40 il müddətində davam etdirdi və hər zaman uğursuz oldu.

Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Mayk Pompeo sanksiyalarla İran iqtisadiyyatını zəiflətdikləri və rəsmi Tehranın bölgədə keçmişəki kimi fəal olmadığını bəyan etmişdi.



Әlaqәli Xәbәrlәr