Dörd lider birgə bəyanat yaydı

İstanbulun Vahdettin Köşkü sarayında keçirilən Suriya Dördtərəfli Zirvə Toplantısı başa çatdı.

1077091
Dörd lider birgə bəyanat yaydı

  Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Almanya kansleri Angela Merkelin birgə iştirakı ilə İstanbulun Vahdettin Köşkü sarayında keçirilən Suriya Dördtərəfli Zirvə Toplantısı başa çatdı.

  Sammitdən sonra birgə bəyanat verildi. Bəyanatda liderlər terrora qarşı mübarizəyə davametmə zərurəti, təsiredici tədbirlərin tam həyata keçirilməsi və bütün tərəflərin qaydalara riayət etməsilə təmin olunacaq  uzunmüddətli atəşkəsin əhəmiyyəti vurğulandı.

  Dördlü sammitdə Suriya münaqişəsinə dair son proseslərin müzakirə olunduğu və bu müharibədən qaynaqlanan regional və qlobal təhlükəsizliyin sabitliyi risk və təhdidlər qarşısında qaldığı bəyanatda öz əksini tapdı.

  Liderlər Suriya Ərəb Respublikasının suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərinə olan öhdəliklərini təsdiq etdi.

  Bəyanatda bunları qeyd olunub:

  “Sözügedən münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun olaraq müzakirə edilmiş bir siyasi proses yolu ilə sona çatdırıla bilər. Bu çərçivədə Suriya münaqişəsinə etibarlı və daimi sülh töhfə etməyi hədəfləyən bütün dünya ölkələrilə beynəlxalq əlaqələri artırmaq mühümdür.

  BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan DAEŞ, Nusra Cəbhəsi ilə Əl-Qaidə və ya bunlarla əlaqəli bütün adam, qrup, əməl və digər terrorçu qrupların tamamilə aradan qaldırılması məqsədilə terrorizmlə mübarizədə qətiyyətini təsdiq edib. Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə qonşu ölkələrin milli təhlükəsizliyinə zərər verməyi hədəfləyən separatçıları rədd etmək qətiyyətləri göstərilib. Türkiyə Respublikası və Rusiya Federasiyası tərəfindən 17 sentyabr 2018-ci ildə Soçidə imzalanan “İdlib gərginliyi azaltma bölgəsində vəziyyətin normallaşdırılmasına dair niyyət protokolü” məmnunluqla qarşılanır. Ağır silahların və radikal qrupların bu protokola əsasən bölgədən çəkilməsində əldə olunan irəliləyişlər təqdir olunur.

  Terrora qarşı mübarizəyə davam etmək zəruridir. Bütün əlaqəli tərəflər Niyyət Protokolu maddələrinə riayət etməsi və əməl edərək uzunmüddətli atəşkəsə çalışmalıdır.

  Sammitdə iştirak edən dörd lider Suriyada hər hansı kimyəvi silah işlədilməsinə maksimum dərəcədə qarşıdır. Bütün tərəflərə kimyəvi silahlardan inkişaf etdirilməsi, istehsalı, stoklanması və istifadəsi qadağan olunur və bunların məhvi ilə bağlı müqaviləyə tam riayət edilməlidir.

  BMT-nin vasitəçiliyi və suriyalıların rəhbərlik və sahibliyilə aparılacaq siyasi həll prosesinə dəstək veririk. Suriya tərəflərini bu prosesdə fəal iştiraka çağırırıq.

  BMT-nin himayəsi altında, ən yüksək beynəlxalq şəffaflıqla, standartlara uyğun olaraq, diaspor nümayəndələri, o cümlədən, seçkidə iştirak hüququna malik bütün suriyalıların iştirakı ilə keçiriləcək azad və ədalətli seçkilərin bazasını yaratmaq üçün Suriyada Konstitusiya İslahatı həyata keçirəcək Konstitusiya Komitəsinin Cenevrədə yaradılması və tez bir zamanda şərtləri nəzərə alaraq bu ilin sonuna qədər toplanmalıdır.

  Müvafiq İşçi Qrupu tərəfindən BMT ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (İCRC) mütəxəssislərinin iştirakıyla işlər aparılması, zorla qaçırılanların sərbəst buraxılması, cənazələrin təslimi və itkin düşənlərin müəyyən edilməsi məsələlərinə dəstəklərimizi bəyan edirik.

  Humanitar yardım təşkilatlarına Suriyaya sürətli, etibarlı və fasiləsiz daxilolma təmin edilməli, xalqın əzablarını yüngülləşdirəcək hər cür təcili humanitar yardım çatdırılmalıdır. Bu çərçivədə Suriyaya edilən yardımı artırmaları üçün başda Birləşmiş Millətlər Təşkilatı və humanitar qurumlar olmaqla bütün beynəlxalq cəmiyyətə müraciət olunur.

  Başda Türkiyə, Livan və İordaniya olmaqla, ölkələrdəki qaçqınların Suriyaya təhlükəsiz və könüllü şəkildə, beynəlxalq hüquqa uyğun şərtlərdə geri qayıtmalarını təmin edilməlidir.

  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və digər əlaqədar beynəlxalq təşkilatlar qayıdanların silahlı qarşıdurma, siyasi təzyiq və ya özbaşına həbslərdən qorunmasına xüsusi çalışmalıdır.  

  Ölkənin su, elektrik, səhiyyə və sosial xidmətləri infrastrukturu yenidən təşkil edilməlidir.

  Bu dörd lider Suriyada sülh və sabitlik üçün lazımi şərtlər kompleksi, siyasi həllin təşviqi və bu beynəlxalq tərəfdaşlığın gücləndirilməsi üçün öhdəlikləri birlikdə üzərlərinə götürür”.



Әlaqәli Xәbәrlәr