"Ümid edirik ki, bölgədə məntiq qələbə çalar", N.Kurtulmuş

Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş ABŞ, İngiltərə və Fransanın Əsəd rejiminə qarşı hava əməliyyatına münasibət bildirib.(YENİLƏNİB)

951409
"Ümid edirik ki, bölgədə məntiq qələbə çalar", N.Kurtulmuş

Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş ABŞ, İngiltərə və Fransanın Əsəd rejiminə qarşı hava əməliyyatına münasibət bildirərək deyib: "Ümid edirik ki, bölgədə məntiq qələbə çalar. Suriyada 7 ildən çox müddətdir davam edən bir qarşıdurma mühiti var və bu qarşıdurma son 4-5 ildə başqa ölkələr vasitəsilə aparılan müharibələrə çevrildi. Buna artıq son qoyulmalıdır.
Numan Kurtulmuş Şanlıurfada etdiyi çıxışda Suriya xalqının uzun illərdir zülmə məruz qaldığına da diqqəti çəkmişdir.
Cümhuriyyət Xalq Partiyasının sədri (CXP) Kamal Kılıçdaroğlu Hatayda ABŞ-ın Suriya rejiminə qarşı məhdud əməliyyatı ilə bağlı deyib: "Hansı dövlət olarsa olsun kimyəvi silahdan istifadə etmək insanlıq cinayətidir". 
 



Әlaqәli Xәbәrlәr