Türkiyə ilə ABŞ arasında qurulacaq mexanizm çərçivəsində 3 işçi qrupu yaradılacaq

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy Türkiyə ilə ABŞ arasında qurulacaq mexanizm çərçivəsində 3 işçi qrupu təşkil ediləcəyini açıqladı.

915496
Türkiyə ilə ABŞ arasında qurulacaq mexanizm çərçivəsində 3 işçi qrupu yaradılacaq

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy Türkiyə ilə ABŞ arasında qurulacaq mexanizm çərçivəsində 3 işçi qrupu yaradılacağını açıqladı.

Sözçü bunu ABŞ Dövlət katibi Reks Tillersonun (Rex Tillerson) keçən həftə Ankaraya səfəri zamanı qurulması qərara alınan  "mexanizm”lə bağlı verdiyi məlumatda deyib.

Hami Aksoy ortaq mexanizm fəaliyyətlərinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və amerikalı həmkarının iştirakı ilə paytaxt Ankara yaxud Vaşinqtonda başlaya biləcəyini söyləyib.

Mexanizm çərçivəsində üç ayrı işçi qrupunun qurulacağını vurğulayan sözçü yaxın zamanda həmin qrupların fəaliyyətlərə başlayacağını və nəticələr əldə ediləcəyini bildirib.

Hami Aksoyun verdiyi məlumata görə, ilk işçi qrupu FETÖ və konsulluq mövzularını müzakirə edəcək.

İkinci qrup isə Suriyadakı “terrorçu” qrupların məğlub edilməsi üçün iki ölkənin əməkdaşlığını müzakirəyə çıxaracaq.

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy hazırda terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-nin nəzarətindəki Münbic məsələsinin həmin qrupda müzakirə olunacağını qeyd edib.

Aksoy üçüncü işçi qrupunun isə terror təşkilatı PKK ilə mübarizə mövzusunu müzakirə edəcəyini, işçi qruplarında xarici işlər, milli müdafiə, daxili işlər, ədliyyə nazirlikləri ilə hərbi və kəşfiyyat idarələrindən heyətlərin iştirak edəcəyini ifadə edib.



Әlaqәli Xәbәrlәr